Xuan Sebastian Veron futbol üçün darıxdığını bildirib
Argentina yığmasının sabiq üzvü Xuan Sebastian Veron futbol üçün darıxdığını bildirib. 38 yaşlı veteran futbolçu yaşıl meydanlara dönmək istədiyini deyib.

Ötən il 18 illik peşəkar futbolçu karyerasına son qoyan Veron may ayında İtaliyada belini həkim müayinəsindən keçirəcək. Həkimlər müsbət rəy verəcəyi halda, o, yenidən yaşıl meydanlara dönəcək.

Qeyd edək ki, 1994-cü ildə Argentinanın «Estudiantes» klubunda peşəkar futbola başlayan Veron daha sonra ardıcıl olaraq «Boka Xuniors», «Sampdoriya», «Parma», «Latsio», «İnter», «Mançester Yunayted», «Çelsi» və «İnter» kimi klublarda oynayıb. Onun son iş yeri Argentinanın «Brandsen» klubu olub.

Vətənində «La Brujita» ləqəbi ilə tanınan Veron mili komandada 75 oyun keçirib və 9 qola imza atıb. O, karyerası ərzində İtaliya çempionluğunu (2 dəfə), kubokunu (4), Super Kubokunu (2), İngiltərə çempionluğunu (1), UEFA Kubokunu (1), UEFA Super Kubokunu (1) və Libertadores Kubokunu (1) qazanıb.

Xəbər 1086 dəfə oxundu.