«Xəzər Lənkəran» doğma şəhərdəki hazırlığını başa vurub
Premyer Liqanın XXVI turunda «Turan»ın qonağı olacaq «Xəzər Lənkəran» doğma şəhərdəki hazırlığını başa vurub. Bu gün «Fırtınalar meydanı»nın əsas meydançasında səhər məşqini keçirən komanda Con Toşakın rəhbərliyi altında taktiki planda müxtəlif çalışmaları yerinə yetirib.

Dünənki məşqdə yüngül zədə alan hücumçu Dimitrios Sialmas artıq komandaya qoşularaq səhər məşqində iştirak edib. Bu gün saat 14.00-da «Xəzər Lənkəran» bazasını tərk edərək Bakıya yola düşüb.

Xəbər 844 dəfə oxundu.