Ağsuda rayon birinciliyi keçirilib
Aprelin 10-da Ağsu şəhər 5 saylı tam orta məktəbində “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

115 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, gəncləri vətənin müdafiəsinə fiziki və mənəvi cəhətdən hazırlamaq, onlara vətənə məhəbbət və vətənpərvərlik hissini aşılamaq, rayonun zona mərhələsində iştirak edəcək rayon komandasının tərkibini müəyyən etmək olub.

Yekun nəticələrə görə birinciyə Elbəy Babalı, ikinciyə İsmayılova Kamilə, üçüncü yerə Sultan Məmmədsalahov layiq görülüblər.

Sonda qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Xəbər 967 dəfə oxundu.