FİFA növbəti reytinq cədvəlini açıqlayıb
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandası 4 pillə geriləyib.

Belə ki, ötən ay 116-cı olan millimiz 120-ci pilləyə yuvarlanıb. Berti Foqtsun başçılıq etdiyi komandanın aktivində 276 xal var.

Bu nəticə ilə millimiz Malavi, Mozambik, Antiqua və Barbuda kimi dünya xəritəsindəki yerini belə bilmədiyimiz ölkələrin yığmalarından geri qalıb.

Millimizin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən Portuqaliya 2 pillə irəliləyib (5-ci yer, 1163 xal). İsrail yığması 16 (58-ci yer, 536 xal), Lüksemburq 4 (147-ci yer, 182 xal) pillə irəliləyib. Onlardan fərqli olaraq Rusiya 1 (11-ci yer, 1052 xal), Şimali İrlandiya 22 (119-cu yer, 285 xal) pilə geriləyib.

Siyahıya həmşəki kimi son iki Avropa və bir dünya çempionatının qalibi İspaniya başçılıq edir (1538 xal). 2-3-cü pillələrdə qərarlaşan Almaniya (1428 xal) və Argentina (1292 xal) da mövqeyini dəyişməyib. İlk 10-luqda həmçinin Xorvatiya, Portuqaliya, Kolumbiya, İngiltərə, İtaliya, Hollandiya və Ekvador milliləri qərarlaşı. Qardaş Türkiyə yığması 1 pillə irəliləyərək 634 xalla 44-cü olub.

Xəbər 799 dəfə oxundu.