Kanales Azərbaycan çempionatları tarixinə düşüb
«Neftçi»nin futbolçusu Nikolas Kanales Azərbaycan çempionatları tarixinə düşüb. Çilili hücumçu 1992-ci ildən start götürən ölkə birincilikləri tarixində 1 mövsümdə ən çox qol vuran legioner olub.

Kanales Topaz Premyer Liqasının XXV turunun «Qarabağ»la oyununda fərqlənməklə vurduğu qolların sayını 21-ə çatdırıb. O, bu qolla «Kəpəz»in gürcüstanlı legioneri Badri Kvaratsxeliyanı arxada qoyub.

Fevralın 23-də XXI turun «İnter»lə oyununda qol vurmaqla 20-yə çatan Kanales sonrakı 3 matçda qol həsrəti yaşamışdı. Kvaratsxeliya ilə şərikli rekordu 42 gün sürən çilili mütləq rekordunu ilk «altılığ»ın 3-cü turunda rəsmiləşdirdi.

Xəbər 817 dəfə oxundu.