«İqtisadçı» klubu yenə baş məşqçi dəyişikliyinə əl atıb
Qadın voleybolçulardan ibarət «İqtisadçı» klubu mövsüm ərzində ikinci dəfə baş məşqçi dəyişikliyinə əl atıb. Paytaxt təmsilçisi Kiattiponq Radçataqriaqkranı istefaya göndərib.

Baş məşqçinin qovulmasına səbəb komandanın uğursuz çıxışı olub. Tailandlı mütəxəssis baş məşqçi təyin olunanda komanda 1-ci pillədə qərarlaşmışdısa, indi 3-cü yeri tutur. Bu isə rəhbərliyi razı salmayıb və onu yola salmaq qərarına gəliblər.

Radçataqriaqkranı bu postda türkiyəli Bülənt Karslıoğlunu əvəzləmişdi. «İqtisadçı»ya Super Liqanın son 5 turunda həm türk, həm də tailandlı mütəxəssisin köməkçisi olmuş Fərid Cəlalov rəhbərlik edəcək.

Xəbər 930 dəfə oxundu.