Cavid İmamverdiyev sağalıb
Bir müddət zədədən əziyyət çəkən «Neftçi»nin yarımmüdafiəçisi Cavid İmamverdiyev sağalıb. Gənc orta xətt oyunçusu komandasının dünənki məşqində kollektiv çalışmalara qatılıb.

İmamverdiyevin həftəsonu Zaqatalada baş tutacaq «Simurq»la çempionat oyununda meydana çıxmaq şansı böyükdü.

Xəbər 771 dəfə oxundu.