Rusiya Super Liqasında pley-off oyunları start götürüb
Rusiya Super Liqasında pley-off oyunları start götürüb. Aprelin 10-da baş tutan oyunlardan biri də "Dinamo" (Krasnodar) və "Omiçka" qarşılaşması olub. Millimizin üzvü Natalya Məmmədovanın da heyətində çıxış etdiyi Omsk təmsilçisi səfərdə keçidiyi ilk oyunda 1:3 (21:25, 25:22, 18:25, 17:25) hesabıyla məğlub olub. Cavab qarşılaşması 4 gün sonra keçiriləcək.

Medallar uğrunda mübarizəyə qoşulmaq üçün "omsk pişikləri" doğma meydanda krasnodarlıları mütləq udmalıdır.

Qeyd edək ki, bu mərhələdə cütlüklər 2 qələbəyədək oynayırlar.

Xəbər 1050 dəfə oxundu.