Joze Mourinyonun yeni Droqbası
Joze Mourinyonun mövsümün sonunda «Çelsi»yə dönəcəyi ilə bağlı iddialar səngimir. Portuqaliyalı mütəxəssisin artıq London klubu üçün transfer siyahısı da hazırladığı deyilir.

İngiltərənin «Daily Star» qəzetinin iddiasına görə, Mourinyo siyahının başına «Zenit»in ulduzu Halkın adını yazıb. Qəzet braziliyalı futbolçunu «Mourinyonun yeni Droqbası» adlandırıb.

«Daily Star» xəbərində həmçinin qeyd olunur ki, «Çelsi»nin sahibi Roman Abramoviçlə Mourinyonun meneceri Jorge Mendes görüşüb və tərəflər portəgizin İngiltərəyə dönüşünü razılaşdırıblar. Yazılanlara inansaq, baş məşqçi «Çelsi»də ilə 12 milyon funt-sterlinq maaş alacaq.

Xəbər 1091 dəfə oxundu.