Sərdar Həsənov da gümüş medal qazandı
Albaniya paytaxtı Tiranada ağırlıqqaldıranlar arasında Avropa çempionatı davam edir. İdman.com.az saytının məlmatına görə, milli komandamız qitənin ən güclülərinin yarışında uğurlu çıxışı ilə yadda qalır. İlk cəhddə 3 medal qazanan seçməmiz, hesabına daha bir mükafat əlavə edib.

69 kq çəkidə körpücük üzərinə çıxan Sərdar Həsənov 2-ci yer tutub. O, birdən qaldırmada 150 kq, təkanla qaldırmada 176 kq-ın öhdəsindən gəlib. Bu müvəffəqiyyətdən sonra millimiz komanda hesabında liderliyi davam etdirib.

Qeyd edək ki, sözü gedən idmançımızdan öncə Valentin Xristov (62 kq) qızıl, Silviya Angelova (48 kq) gümüş və Zülfüqar Süleymanov (62 kq) bürünc medal qazanmışdı.

Xəbər 1236 dəfə oxundu.