"Qəbələ" ciddi itki ilə hazırlaşır
“Qəbələ” Azərbaycan Premyer Liqasının 26-cı turunun “Bakı” ilə oyununa hazırlıqları davam etdirir. Luis Araqonun rəhbərliyi altında hazırlaşan komanda gündə iki dəfə məşq edir.

Qeyd edək ki, “Bakı” ilə oyunda Omar Kalabane komandasına kömək edə bilməyəcək. O, “Simurq”la son oyunda sarı vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşüb.

Kalabanla yanaşı “Qəbələ” Vurğun Hüseynovun da xidmətindən yararlana bilməyəcək. Zədəli futbolçu komandasına kömək edə biləcək durumda deyil.

Xəbər 803 dəfə oxundu.