UEFA-dan yeni bir addım
UEFA irqçiliyin həlli məsələsində yeni bir addım atıb.

Futbol qurumu irqçilik şüarları üçün cərimələri sərtləşdirməyə hazırlaşır. Bu barədə UEFA-nın baş katibi Canni İnfantino Mançesterdə keçirilən iclasda məlumat verib. Yeni qaydalara görə əgər futbolçunun günahı sübut olunarsa, o, minimun 10 oyunluq cəza alacaq.

Tribunlardan futbolçulara qarşı irqçilk şüarları səslənərsə, həmin klub nəinki cərimələnəcək, həmçinin ev oyunlarını keçirdiyi stadion qismən bağlanacaq. Yox əgər, həmin vəziyyət təkrarlanarsa, arena tamamilə bağlanacaq. Klub da minimum 50 min avro cərimə olunacaq.

Xəbər 805 dəfə oxundu.