Joze Mourinyo yeni rekord qırıb
“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında komandasını yarımfinala çıxarmaqla yeni rekord qırıb. Bununla da portuqaliyalı mütəxəssis Çempionlar Liqasında ən çox yarımfinala çıxan Aleks Fergüssonun rekordunu (7 dəfə) yeniləyib. Fergüsson və Mourinyo yalnız iki dəfə ÇL-in kubokunu qazanıb. Mourinyo bir dəfə “Portu”, bir dəfə “İnter”, iki dəfə “Çelsi”, üç dəfə isə “Real”la ÇL-də yarımfinala çıxıb.

Xəbər 809 dəfə oxundu.