«İnter» bir futbolçusu ilə yollarını ayırıb
«İnter» bir futbolçusu ilə yollarını ayırıb. Klub rəhbərliyi bir müddət əvvəl heyətə qoşulan Robertinyo ilə vidalaşıb.

Məlumata görə, baş məşqçi Kaxaber Tsxadadze narazı qaldığı braziliyalını əvəzedici heyətə göndərmək istəyib. Lakin o, ölkəmizdən getmək istədiyi bildirib. Bu səbəbdən «sambaçı»nın mayın sonunadək nəzərdə tutulan müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.

Qeyd edək ki, Robertinyo 2008-2010-cu illərdə Braziliyanın «Amerika Mineyro» klubunda çıxış edib. 2010-cu ildə Tiflis «Dinamo»ya keçən futbolçu 72 oyunda 5 qol vurub. O, «İnter»də cəmi 2 oyuna çıxıb və 36 dəqiqə oynayaraq sarı vərəqə alıb.

Xəbər 770 dəfə oxundu.