“Lokomotiv” heyətinə yeni voleybolçu qatıb
Azərbaycan Super Liqasında mükafatçılar sırasına düşmək niyyətində olan “Lokomotiv” heyətinə yeni voleybolçu qatıb.

İdman.com.az saytının məlumatına görə, Bakı təmsilçisi voleybolçu Paula Yamila Nizetiç ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Əgər voleybolçu yaxşı oyun nümayiş etdirərsə, müqavilənin daha bir il artacağı istisna olunmur.

Qeyd edək ki, Nizetiç “Lokomotiv”ə Fransa “Kalays”indən transfer olub. 24 yaşlı yeni transfer Argentina yığmasının hücumçusudur.

Xəbər 977 dəfə oxundu.