Salyanda açıq rayon turniri keçirilib
Aprelin 7-də uşaq Gənclər və İdman məktəbində Salyan rayon Gənclər və İdman İdarəsinin və Salyan kikboksinq klubunun təşkilatçılığı ilə milli qəhrəman Mubariz İbrahimovun xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə açıq rayon turniri keçirilib.

Turnirdə Bakı, Şirvan, Hacıqabul və Salyan da daxil olmaqla 8 klubun 60-a yaxın idmançıları 15 çəki dərəcələrində mübarizə aparıblar.

Yekun nəticələrə görə birinciyə Salyan kikboksinq klubu, ikinciyə Bakı şəhərinin lokomotiv klubu, üçüncü yerə Şirvan kikboksinq klubunun komandası layiq görülüblər.

Sonda qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 2089 dəfə oxundu.