Mourinyo “Qalatasaray”ın qürurlu olduğunu bildirib
“Qalatasaray” “Real” (3:1) qarşılaşmasından sonra Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo mətbuatın suallarını cavablandırıb. Mourinyo “Qalatasaray”ın qürurlu olduğunu bildirib:

“ilk hissədə oyunu idarə etdik, ikinci hissədə isə “Qalatasaray”ın fantastik oyununu izlədik. Bu oyunda onlar bizdən çox üstün idi. Mən baş məşqçiyəmsə, qalib gələn komandanı təbrik etməliyəm. Əgər mənim komandam da uduzsa, bu cür qürurla uduzmasını istərdim”.

Xəbər 736 dəfə oxundu.