Rail Məlikov zədələnib
Türkiyənin “Denizlispor” klubunun azərbaycanlı müdafiəçisi Rail Məlikov zədələnib. PTT Birinci Liqanın son turunda “Adanaspor”la səfər qarşılaşmasında ayağından zədələnən həmyerlimiz bir müddət futbol oynaya bilməyəcək.

Belə ki, Məlikovun aprelin 14-də 30-cu tur çərçivəsində “Karşıyaka” ilə görüşü buraxması istisna deyil. Hər şeyə ətraflı müayiənədən sonra aydınlıq gəlməlidi.

Xəbər 822 dəfə oxundu.