"İnter" daha bir hücumçusunu itirib
İtaliya A Seriyasında mübarizə aparan "İnter" Dieqo Milito və Rodriqo Palasiodan sonra daha bir hücumçusunu itirib. Milan təmsilçisinin futbolçusu Antonio Kassano sıradan çıxıb. Ölkə çempionatının son turunda “Atalanta” ilə qarşılaşmada zədələnən təcrübəli forvard 30-40 gün yaşıl meydanlardan uzaq qalacaq.

Dünən tibbi müayinə zamanı onun arxa bel əzələsinin zədələnməsi aşkar edilib.

Xəbər 830 dəfə oxundu.