Baş məşqçinin qızı Messini tənqid edib
Argentina millisinin baş məşqçisi Alexandro Sabellanın qızı Vanessa Lionel Messini sərt şəkildə tənqid edib. Çalışdırıcının qızı «Barselona»lı ulduzunu tez-tez tərifləyən atasından fərqli olaraq onun milli komandada canla-başla oynamadığını bildirib.

«Messi dünyanın ən yaxşı futbolçularından biridi. Amma milli komandada canla-başla oynamır. Komandada liderliyini göstərmir, ön plana çıxmır. Bir sözlə «Barselona»da başqa, Argentinada başqa oyun oyunyır», deyə Vanessa bildirib.

Qeyd edək ki, «Barselona» formasında keçirdiyi 243 oyunda 212 qol vuran Messi Argentina yığmasında meydana çıxdığı 79 matçda 32 qola imza atıb.

Xəbər 817 dəfə oxundu.