"Latsio" - "Fənərbaxça" oyununun hakimləri bəlli olub
"Fənərbaxça"nın "Latsio" ilə UEFA Avropa Liqasının 1/4 fianlının cavab oyununu idarə edəcək hakim bəlli olub.

Bu barədə UEFA-nın rəsmi internet saytı xəbər yayıb. Məlumatda bildirilir ki, görüşü çexiyalı hakim Pavel Klaloveç idarə edəcək. Onun köməkçiləri Roman Slysko və Martin Vilşek olacaq. Dördüncü hakim isə Antonin Karduladır.

Qeyd edək ki, ilk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan "Latsio" öz meydanında boş tribunalar önündə oynayacaq. Oyun aprelin 11-də keçiriləcək.

Xəbər 836 dəfə oxundu.