Fatih Terimə azarkeşlər dəstək verəcək
«Mersin idman Yurdu» matçında köməkçiləri ilə birlikdə texniki zondadan kənarlaşdırılan və ağır cəza ilə qarşı-qarşıya qalan Fatih Terimə azarkeşlər dəstək verəcək. «Cim-Bom» fanatları baş məşqçiyə dəstək məqsədi ilə xüsusi aksiyaya hazırlaşır.

Belə ki, «Sarı-qırmızılılar» bu gecə «Real»la oynanılacaq matç üçün 34 min Fatih Terim maskası hazırlatdırıb. Fanatlar oyun zamanı maskaları taxaraq, Fatih Terimə qarşı ədalətsizliyi dünya mediasının gündəminə daşıyacaqlar.

Xəbər 786 dəfə oxundu.