Entoni və Pekoviç ən yaxşıları sırasında
Nyu Yorkun fovardı Karmelo Entoni və Minnesotanın basketbolçusu Nikola Pekoviç ötən həftənin ən yaxşıları sırasında olublar.

İdman.com.az saytının məlumatına görə, Entoninin köməkliyi ilə Nyu York 4 oyunun hamısında qalib gəlib. Orta hesabla Karmeloninin göstəriciləri 41,8 xal olub. Mayami ilə qarşılaşmada 50 xal toplayaraq forvard şəxsi rekordunu təkrarlayıb. Pekoviç isə hər oyuna orta hesabla 25 xal toplayıb və komandasına 3 qələbə qazandırıb.

Xəbər 870 dəfə oxundu.