Şahin Abdullayev qarşılaşma haqda fikirlərini bildirib
"Azərreyl"-"İqtisadçı" oyunundan sonra "tələbələr"in köməkçi məşqçisi Şahin Abdullayev qarşılaşma haqda fikirlərini bölüşüb.

İdman.com.az saytının məlumatına görə, məşqçi açıqlamasında hücumda çox səhv etdiklərini vurğulayıb: "Azərreyl əsl komanda oyunu göstərdi və bunun nəticəsində qalib gəldi. Bizim hücumda səhvimiz həqiqətən də çox oldu, rəqibsə bundan səmərəli istifadə etdi. Görünür baş məşqçi Aleksandr Çervyakov hər bir oyunçumuza qarşı fərdi blok çalışdırıb".

Xəbər 1465 dəfə oxundu.