Azarkeşlər arasında dava
İtaliya A seriyasının XXXI turu çərçivəsində keçiriləcək “Roma” – “Latsio” matçından öncə azarkeşlər arasında dava düşüb.

İdman.com.az saytının məlumatına görə, iki komandanın fanatları arasında baş verən insident zamanı meydan sahibləri qonaq azarkeşlərdən 2 nəfəri bıçaqlayıb. Daha sonra isə, 2 azarkeşi də Milvio körpüsündən atıblar. Azarkeşlər yaralıları aparmağa gələn hətta ambulanslara belə daşla hücum ediblər.

Aynurə

Xəbər 813 dəfə oxundu.