“Real”da gözlənilməz zədə
Çempionlar Liqasının 1/4 finalının cavab oyununda “Qalatasaray” İstanbulda “Real”ı qonaq edəcək. Madrid təmsilçiləri dünən “Beşiktaş”a məxsus “İnönü” stadionunda son dəfə məşqə çıxıb.

Məşqin başlanğıcında ayağında ağrı hiss edən Pepe məşqi yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Zədə ilə bağlı komandanın baş məşqçisi Joze Mourinyo oyun öncəsi mətbuat konfransında bunları dilə gətirib: “Pepenin zədəsi var. Onun əvəzinə meydana Raul Albiol da meydana çıxa bilər. Hələlik görüşün başlamasını gözləyirik”.

Xəbər 816 dəfə oxundu.