Sərkar kəndində rayon birinciliyi keçirilib
Aprelin 5-də Sərkar kənd tam orta məktəbin stadionunda “Vətənin müdafiəsinə hazıram” poliatlion çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Gənclərin ordu sıralarına hazırlanması və güclü idmançıların seçilməsi məqsədi ilə keçirilən yarışda kross, 100 metr qaçış turnikdən dartınma,qumbara atma mərhələləri keçirilib.

13 komandanın iştirak etdiyi yarışda birinciyə Qarayeri qəsəbəsi, ikinciyə Sərkar kəndi, üçüncü yerə Ziyadlı kənd tam orta məktəb komandası layiq görülüblər.

Sonda qalib komandalar Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 952 dəfə oxundu.