“Barselona” yeni müdafiəçisini tapıb
Son illərdə müdafiədə problemlər yaşayan “Barselona” yeni müdafiəçisini tapıb. Kataloniyalılar “Mançester Siti”də forma geyən Vincent Kompaniyə təklif göndərməyə hazırlaşır.

26 yaşlı müdafiəçi üçün “Barselona” 50 milyon avro təklif etməyi planlaşdırır. Əgər bu transfer həyata keçərsə, Kompani ən bahalı müdafiəçi kimi tarixə düşəcək. Bu titul isə hələlik “Mançester Yunayted”də forma geyən Rio Ferdinanda məxsusdu.

Xəbər 867 dəfə oxundu.