Zidan PSJ-yə dəstək verdi
Bir vaxtlar “Real”ın formasını geyən Zinəddin Zidan “Barselona”lı azarkeşləri qıcıqlandıracaq açıqlamalar verib. Fransız futbol ulduzu Çempionlar Liqasının 1/2 finalına vəsiqə qazanan komandanın PSJ olacağını bildirib:

“Barselona” qarşısında Paris komandasına dəstək verirəm. Sonuna qədər fransız klubunun arxasındayam. Bu PSJ üçün müsbət bir oyun olacaq. “Nou Kamp”da qələbə qazanmaq çətindi. Amma bu parislilər “Barselona”nı qorxudacaq gücə malikdi”.

Xəbər 1006 dəfə oxundu.