Qələbənin yarım milyon zərəri
«Kuinz Park Reyncers» üzərində qələbə «Fulhem» ə yarım milyon funta başa gələ bilər. Bazar ertəsi qazanılan qələbənin bu məbləğdə zərər vura bilmək imkanına səbəb, yanvarda qarşı tərəfdən hücumçu Bobbi Zamoranın alınmasıdı.

Belə ki, müqaviləyə əsasən, Zamoranın 2,5 illik müqaviləsi dövründə KPR-in Premyer Liqada qaldığı hər mövsümə görə «Fulhem» qarşı tərəfdən 500 min funt alacaq. Ötən mövsüm elitada yerini qoruyan KPR «Fulhem»ə göstərilən məbləği ödəmişdi.

İdman.com.az saytı xəbər verir ki, indi aldığı məğlubiyyətlə, «reyncerlər» Premyer Liqanı tərk etməyə daha da yaxınlaşmış olublar. Mövsümün başa çatmasına 7 tur qalmış komanda 19-cu mövqedədi və xilasedici 17-ci mövqedən 7 xal məsafədədir.

Xəbər 859 dəfə oxundu.