Xəzər rayonunda Spartakiadanın açılış mərasim keçirilib
Aprelin 5-də Xəzər rayon Gənclər və İdman idarəsi Xəzər rayon İcra Hakimiyyəti dəstəyi ilə bədən tərbiyəsi və idmanın daha da geniş təbliğ edilməsi, gənclərin sağlamlığının möhkəmləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması,rayonda kütləvi sağlamlıq,bədən tərbiyəsi və idman tədbirləri ənənələrini qorunub saxlanılması və inkişaf etdirilməsi, istedadlı idmançıların aşkar edilməsi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini rayonda yüksək səviyyədə qeyd etmək məqsədilə Şağan Olimpiya İdman Kompleksində idarə, müəssisə, təşkilatlar və bədən tərbiyəsi kollektivləri arasında 5 idman növü üzrə (Şahmat, Voleybol, Stolüstü tennis, Futbol, Güllə atıcılığı ) Spartakiadanın açılış mərasim keçirilib. İlk olaraq Spartakiadaya Şahmat idman növü ilə start verilib.

Xəbər 964 dəfə oxundu.