Liderin oyununu Elnur Muradov idarə edəcək
I divizionun XX turunun oyunlarına təyinatlar açıqlanıb. Lider «Qaradağ»ın «Bakılı» ilə səfər oyununu Elnur Muradov idarə edəcək.

İkinci pillədə qərarlaşan «Ağsu» isə «Şəmkir»i qəbul edəcək. Bu oyunda ədaləti Ceyhun Haşımov qoruyacaq. Üçüncü pillədəki «Neftçala»nın «Qala» ilə səfər görüşünü Ömər Paşayev idarə edəcək.

6 aprel
MOİK – Şahdağ
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Samir Hacıyev, Emin Nağıbəyov
Hakim-inspektor: Namiq Qasımov

Energetik – Göyəzən
Hakimlər: Hacıəli Ağayev, Rəvan Həmzəzadə, Vüqar Bayramov, Qorxmaz Eldarov
Hakim-inspektor: Tofiq Şükürov

Ağsu – Şəmkir
Hakimlər: Ceyhun Haşımov, Elxan Əsgərzadə, Əli Cəbrayılov, Anar Məsimov
Hakim-inspektor: Rafiq Pənahpur
7 aprel

Lokomotiv – Şuşa
Hakimlər: Alik Yunusov, Ruslan Babayev, Hüseyn Əsgərov, Elgün Hüseynov
Hakim-inspektor: Pərviz Əhmədov

Bakılı – Qaradağ
Hakimlər: Elnur Muradov, Mirzə Fərzəliyev, Hüseyn İmanov, Camaləddin Hacıyev
Hakim-inspektor: Yavər Rəhimov
8 aprel

Qala – Neftçala
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Vurğun Talıbov
Hakim-inspektor: Rauf Hüseynli
Bütün oyunlar saat 16.00-da başlayacaq.

Xəbər 1217 dəfə oxundu.