BOK-nin sorğusu başa çatıb
Beynəlxalq Olimpiya Komitəsinin London 2012-ci il Olimpiya Oyunlarının ictimaiyyətə təsiri üzrə beynəlxalq sorğusu artıq başa çatıb.

İdman.com.az saytının məlumatına görə, London 2012 oyunları üçün aparılan sorğudan 36 min respondent iştirak edib. Təşkil olunan sorğuda 16 ölkənin iştirakı ilə 6 yaşdan - 65 yaşadək olan şəxslər iştirak edib.

Əldə olunan statistik məlumatlara əsasən, London 2012 oyunlarında bədii gimnastika ilk zirvəyə başçılıq edib. Belə ki, olimpiya oyunlarında bədii gimnastika ən çox izlənilən oyunlar siyahısında olub. Bədii gimnastikanı Şimali Qrinviç arenasından 170 min 250 tamaşaçı izləyib ki, bu da təxminən zalın 99% -nin dolu olması deməkdir.
Trambolin (98.6%) və ritmik gimnastika (96.8%) bu göstəricilərlə təxminən eyni olub.

Beynəlxalq Olimpiya Komitəsinin sorğu komandası da oyunlar haqda öz təəssüratlarını bölüşüblər. Onlar təəssüratlarında bildiriblər ki, bu oyunlarda ən çox heyran olduqları idmanın yüksək keyfiyyəti, o cümlədən gimnastlar, müsabiqə yerlərindəki abu-hava və könüllü iştirakçıların sevinci olub.

Xatırladaq ki, London 2012 oyunları ən çox izlənilən olimpiya oyunlarından biri olub.

Aynurə

Xəbər 952 dəfə oxundu.