Avropa çempionumuz vətənə qayıdıb
Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarının keçirildiyini və yarışda iştirak edən yığma komandamızın gəncəli üzvü İlkin Babazadənin qızıl medal qazanıb. İdmançı artıq doğma şəhərinə dönüb.

Tatami ustası yetirməsi olduğu Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialında böyük coşğu ilə qarşılanıb. İlkin Babazadəni qarşılamağa sözügedən idman ocağının rəhbərliyi, məşqçi və idmançı heyəti, eləcə də şəhərimizin idman ictimaiyyətinin nümayəndələri yığışıb. Qarşılanma mərasimində çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, filialın direktoru Xəyal Hacıyev cüdoçunu parlaq qələbə münasibəti ilə təbrik edərək, ona gələcəkdə daha nüfuzlu yarışlarda qələbə qazanması üçün uğurlar arzulayıb. İlkin Babazadə 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, baş mükafata yiyələnib. Yeri gəlmişkən, cüdoçu Ukraynada yığmamızın qızıl medal qazanan yeganə üzvü olub. Nəzərinə çatdıraq ki, İlkin bundan öncə nüfuzlu yarışlarda Avropa birinciliyinin və Asiya oyunlarının qalibi adını qazanıb.

Xəbər 952 dəfə oxundu.