UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Bütün oyunlar eyni saatda baş tutub.

Portuqaliyada “Benfika” “Nyukasl”ı qəbul edib. Hesabı qonaqlar açsa da portuqaliyalılar rəqib qapısından 3 top keçirərək qalib gəlib – 3:1. “Çelsi” isə öz meydanında “Rubin”lə münasibətlərinə aydınlıq gətirib. İngiltərədə keçirilən matç da ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Tottenhem” öz meydanında “Bazel”i sınağa çəkib. İngilislərlə mübarizə aparan İsveçrə təmsilçisi hesabda irəlidə olsa da, qələbə hesabını qoruya bilməyib – 2:2. Azərbaycanlı futbol azarkeşlərinin də maraqla izlədiyi “Fənərbaxça” öz meydanında “Latsio”nu qonaq edib. İlk hissə qolsuz bərabərliklə başa çatsa da “sarı-lacivərtlilər” Vebo və Kuytun qolları ilə qələbəyə sevinən tərəf olub – 2:0.

Avropa Liqası
1/4 final, ilk oyunlar
4 aprel

00:05. “Benfika” (Portuqaliya) – “Nyukasl” (İngiltərə) – 3:1
Qollar: Kisse 12, Rodriqo 25, Lima 65, Kordozo 70-pen

00:05. “Çelsi” (İngiltərə) – “Rubin” (Rusiya) – 3:1
Qollar: Torres 16, 70, Movses 32, Naço 41-pen

00:05. “Fənərbaxça” (Türkiyə) – “Latsio” (İtaliya) – 2:0
Qol: Vebo 79-pen, Kuyt 90+1
Qırmızı vərəqə: Onazi, 48 (“Latsio”)

00:05. “Tottenhem” (İngiltərə) – “Bazel” (İsveçrə) – 2:2
Qollar: Stoker 30, Frey 34, Adebayor 40, Siqurdson 58.

Xəbər 834 dəfə oxundu.