«Simurq» Qəbələyə yollanıb
XXV turda «Qəbələ»nin qonağı olan «Simurq» Qəbələyə yollanıb. Sabah yerli komandanın qonağı olacaq Zaqatala təmsilçisi meydana tam heyətlə çıxa bilməyəcək.

Belə ki, Georgi Çixradze Mario Bojiçlə Qərib İbrahimovun xidmətindən yararlanmayacaq. Çünki hər iki futbolçu son turda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

«Bakı» ilə son oyunda dizindən zədələnən qapıçı David Petzkeviçin isə durumu yaxşıdı. Polşalı qolkiper «Qəbələ»yə qarşı oynaya biləcək.

Xəbər 837 dəfə oxundu.