Özbəkistanda stolüstü tennis üzrə Beynəlxalq turnir başa çatıb
Bugünlərdə stolüstü tennis üzrə yığma komandanın baş məşqçisi A. Zudovun və məşqçi M. Timofeyevin rəhbərliyi altına 8 nəfər oyunçumuz Özbəkistanın Fərqanə şəhərində təşkil edilmiş Beynəlxalq turnirdən Vətənə dönüb. Martın 21-dən aprelin 1-dək davam etmiş yarışda Özbəkistan, Azərbaycan və Qazaxıstan idmançıları iştirak edib.

Şəxsi xarakter daşımış tədbirdə 1999-cu il və kiçik yaşlı qız idmançıları arasında millimizin üzvləri Dinarə Məmmədova II və böyük yaşlı qızlar arasında Səbinə Əhmədova III yer tutub.

Böyük yaşlı oğlanlar arasında Rüstəm Əliyev III yerin sahibi olub.

Turnirin qalibləri Özbəkistan Respublikası Mədəniyyət və İdman Nazirliyinin medal və diplomları ilə mükafatlandırılıblar.

Xəbər 1065 dəfə oxundu.