Qusarda rayon birinciliyi keçirilib
Martın 30-da Qusar şəhər Ş.Orduxanov adına mərkəzi stadionda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Ümumi rəhbərliyi Gənclər və İdman idarəsi tərəfindən həyata keçirilən yarışlar üç növçülük -100 m qaçış, turnikdə dartınma və qumbara atma üzrə təşkil olunub.

Çağırışçı gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi və rayon çempionunu aşkar etmək məqsədilə keçirilən yarışmada tərkibi 5 idmançı, 1 məşqçi və 1 nümayəndədən ibarət 6 komanda -Qusar şəhəri üzrə 1,2,3,4,5,6 saylı tam orta məktəblərin komandaları iştirak ediblər.

Sonda ilk yerləri tutmuş komandalar Qusar rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar. Birinci yeri tutmuş komanda zona mərhələsində iştirak etmək hüququ qazanıb.

Xəbər 885 dəfə oxundu.