“Xəzər Lənkəran”da yeni rekord
Orxan Sadıqlı “Xəzər Lənkəran”ın tarixində çempionatın 1 mövsümündə 2 penaltidən qol buraxmayan ilk qapıçı olub. O, bunu Topaz Premyer Liqasının XXIV turunun AZAL-la oyununda rəsmiləşdirib. Zohair Benouahinin vurduğu 11 metrlik zərbə zamanı qolkiper rəqibi ilə dueldən qalib ayrılıb.

Bu isə Orxanın mövsümdə 2-ci belə uğuru olub. Gənc qolkiper ötən il dekabrın 14-də XVII turun “Neftçi” ilə matçında da belə uğura nail olmuşdu. Həmin vaxt Sadıqlı Nikolas Kanaleslə dueldən qalib ayrılmışdı.

Xəbər 809 dəfə oxundu.