“İqtisadçı” komandası Daimi Ramires Eçevarria ilə anlaşıb
Bakının qadınlardan ibarət “İqtisadçı” komandası Kuba yığmasının sabiq ikinci zona voleybolçusu Daimi Ramires Eçevarria ilə anlaşmışdır.
30 yaşlı şimali amerikalı mövsümün sonunadək bu komandanın şərəfini qoruyacaqdır. Onun son klubu Braziliyanın “Amil Kampinas” kollektivi olmuşdur.

Panamerika Oyunlarının və Kubokunun çempionu (2007) olan voleybolçu 2004-cü ildə Afina Olimpiadasının bürünc medalını qazanmışdır. O, həmçinin 2008-ci ildə dünya Qran-pri yarışlarının finalında oynamış və yarışın ən yaxşı hücumçusu seçilmişdir.

AzərTAc

Xəbər 781 dəfə oxundu.