Hakim səhvlərə yol verib
İdman.com.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 finalında “Real”a 0:3 hesabı ilə məğlub olan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim oyundan sonra hakim barədə açıqlama verib: “Real”ın hakim köməyinə ehtiyacı yoxdur. Hakim bəzi epizodlarda səhvlərə yol verdi. Matçın nəticəsi heç də hakimdən asılı olmadı. Ümumilikdə deyə bilərəm ki, oyunu yaxşı idarə etdi. İlk hissədə vuracağımız qollar hər şeyi dəyişdirə bilərdi. Təəsüf ki, buna nail ola bilmədik. Ümidimizi itirmirik. İkinci oyunda da mübarizə aparacağıq. 3:0-lıq hesabdan sonra “Real”a ilə oynamaq bir o qədər də asan deyil. Oyunçularımız qalib gəlmək üçün yenə də əlindən gələni edəcək”.

Xəbər 797 dəfə oxundu.