Xordidən narazılıq
“Barselona”nın köməkçi məşqçisi Xordi Roura hakimin qərarlarına reaksiya göstərib.

İdman.com.az saytının məlumatına görə, məşqçi Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyundan sonra verdiyi açıqlamada hakimin qərarları ilə razılaşmadığını bildirib.

“Hakim Volfqanq Ştarkın verdiyi bəzi qərarlar düzgün olmadı. Mən onun verdiyi qərarlarla heç də razı deyiləm. Artıq gecdi. Qarşılaşmanın nəticəsinə gəldik də isə deyə bilərəm ki, bu oyun bizim üçün yaxşı oldu.Ən əsası rəqibimizə meydanda üstünlüyümüzü sübut edə bildik. Həmçinin Paris klubu da meydanda üstünlüklərini sübut edə bildilər”. -Xordi açıqlamasında deyib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında oyun 2:2 hesabı ilə başa çatıb.

Aynurə

Xəbər 772 dəfə oxundu.