Erik Abidal karyerasını bitirməyi qərara alıb
“Barselona”nın təcrübəli müdafiəçisi Erik Abidal ağır xəstəliyi ucbatından karyerasını bitirməyi qərara alıb.

Ağır xəstəlikdən və uzun çəkən müalicədən sonra fransız oyunçu yayda futbolçu karyerasına son qoymağı planlaşdırır.

“Barselona” rəhbərliyi ona yeni müqavilə imzalamağı təklif edib. Amma futbolçu karyerasını bitirsə də, klubla əməkdaşlığı davam edəcək. Çünki katalonlar təcrübəli müdafiəçini klubun rəsmi səfiri vəzifəsinə təyin etməyə hazırlaşır. Bu barədə “Barselona”nın vitse-prezidenti Karles Vilarrubi məlumat verib:

“Abidal möhkəmlik və cəsarət simvoludu. O, güclü müqaviməti olan insandı. Ağır xəstəliklə mübarizə apardı və yenidən həyata qayıtdı. Erik “Barselona”nın beynəlxalq əlaqələrinin mühüm götəricisi olacaq. Abidal peşəkarlıq və güclü iradənin rəmzidi”.

Xəbər 761 dəfə oxundu.