Yevlaxda ağır-atletika üzrə şəhər turniri
2-3 aprel tarixlərində Yevlax şəhər ağır-atletika zalında yeniyetmələr arasında ağır-atletika üzrə şəhər turniri keçirilib.

30 nəfər ağır-atletin iştirakı ilə keçirilən yarışın məqsədi ağır-atletlərin texniki hazırlıqlarını inkişaf etdirmək olub.

Qalib idmançılar Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 1005 dəfə oxundu.