"Qalatasaray " tarix yazmaq niyyətindədir
UEFA Çempionlar liqasının 1/4 finalının ilk matçında Qalatasaray Real Madridlə üz-üzə gələcək.

İdman.com.az saytının məlumatına görə, sarı-qırmızılılar güclü rəqiblərini "Santiaqo Bernabeu "da məğlub edərək final yolunda üstünlük tutmaq istəyirlər.

Xatırladaq ki, bu axşam Real Madridə qonaq olacaq "Cim Bom" İstanbula üstünlüklü bir hesabla dönmək istəyir. Qeyd edək ki, Santiaqo Bernabeu stadionunda Real Madrid ilə Qalatasaray arasında baş tutacaq qarşılaşmanı Norveç Futbol Federasiyasından Svein Oddvar Moen idarə edəcək.

Aynurə

Xəbər 824 dəfə oxundu.