Millimizin 3 üzvü ispan klubunda baxışda olacaq
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının 3 üzvü - Aytac Şərifova, Aysun Əliyeva və Nigar Cəlilli İspaniyanın "Rayo Valyekano" klubunun rəsmi dəvəti ilə klubun düşərgəsinə baxışa yollanacaqlar.

Futbolçularımız aprelin 22-dən mayın 4-dək Madrid şəhərində, "Rayo Valyekano" klubunun düşərgəsində olacaqlar.

Xəbər 854 dəfə oxundu.