«Sumqayıt» itkilərlə başladı
Premyer Liqanın son turunda «Kəpəz»lə qarşılaşmada qələbə qazanan (1:0) «Sumqayıt» istirahəti başa vurub. Komanda bu gün «Bayıl Arena»da növbəti məşqinə çıxıb.

Zədəli Orxan Əliyev və Pərdis Fərca-Azad hazırlıq prosesində iştirak etməyib. U-21-in heyətində zədə almış Slavik Alxasov isə məşqlərə başlayıb. Yüngül zədəsi olan Emin Cəfərquliyev və Can Akgün bu gün fərdi məşqlərlə kifayətlənib.

Xəbər 753 dəfə oxundu.