“Fənərbaxça” - “Latsio” oyununun hakimlər bəlli olub
UEFA Avropa Liqasının 4 aprel tarixində keçiriləcək “Fənərbaxça” - “Latsio” oyununu idarə edəcək hakimlər briqdası bəlli olub.

Görüşü İsveçdən olan referilər idərə edəcək. Oyunun baş hakimi Uilyam Kollum olacaq. Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, “Şükrü Saraçoğlu” stadionunda baş tutacaq qarşılaşmada Kolluma Martin Krayans və Uilyam Konquer köməklik edəcək. Alan Mulvanninin dördüncü hakim olacağı oyunda əlavə köməkçi referilərin Robert Madden və Con Biton olacağı vurğulanıb.

Qeyd edək ki, Kollum “Qalatasaray”ın Çempionlar Liqasının H qrupunda “Kluj”la səfər, 1/8 finalda isə “Şalke”ilə öz meydanında oynadığı oyunları idərə edib.

Xəbər 803 dəfə oxundu.