“Qəbələ” turnir çərçivəsində 2 oyun keçirib
Antalyada IV Vodafone Kubokunda çıxışını davam etdirən “Qəbələ” komandası ötən gün turnir çərçivəsində 2 oyun keçirib.

İdman.com.az saytı xəbər verir ki, qrup mərhələsinin son oyununda “Kızılcahamamspor”la qarşılaşan “qırmızı-qaralar” rəqibinə heç bir şans verməyən “Qəbələ” qapısını toxunulmaz saxlaya bilib – 4:0.
Qolları Təbriz İsazadə və Məhəmməd Abbaslıqazandırıb.

Beləliklə də komandamız 2 qələbə və 1 məğlubiyyətlə qrup mərhələsini 2-ci pilləsinə adlayıb.

Komandamız 1/16 final mərhələsində isə İspaniya “Vilyarreal”ı ilə üz-üzə gəlib. Yekunda ispaniyalılar 2:0 hesabı ilə komandamıza qalib gəlib.

Aynurə

Xəbər 887 dəfə oxundu.