AFFA-nın əməkdaşı beynəlxalq konfransda
Moskva şəhərində Rusiyada qadın futbolunun 25 illik yubeliyinə həsr olunmuş beynəlxalq konfrans və təntənəli mərasim keçirilib. Tədbirdə Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx, FIFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, UEFA-nın qadın futbolu komitəsinin sədri və İcraiyyə Komitəsinin üzvü Karen Espelund, həmçinin Almaniya, İngiltərə və Azərbaycandan dəvət olunmuş qonaqlar iştirak edib.

AFFA-nın Texniki departamentinin əməkdaşı Zümrüd Məmmədova çıxış edərək ölkəmizdə qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

affa.az

Xəbər 1196 dəfə oxundu.